De Byazinin İtaliya millisinə baş məşqçi təyinatına kim mane olub?

De Byazinin İtaliya millisinə baş məşqçi təyinatına kim mane olub? Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 2016-cı ildə İtaliya Futbol Federasiyasından təklif alıb.
Futbol
13 Oktyabr , 2020 09:39
De Byazinin İtaliya millisinə baş məşqçi təyinatına kim mane olub?
Canni De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 2016-cı ildə İtaliya Futbol Federasiyasından təklif alıb.

"Report"un məlumatına görə, bu barədə federasiyanın sabiq prezidenti Karlo Tavekkio "Punto Nuovo" radiosuna açıqlamasında deyib.

77 yaşlı funksioner bildirib ki, həmin ərəfədə 4 mütəxəssislə danışıqlar gedib: "Əvvəlcə Fabio Kapellodan yığmanın sükanı arxasına keçməsini xahiş etdim. İlk olaraq, razılıq versə də, sonradan istiqaməti dəyişdi. Halbuki ona illik 4 milyon avro təklif etmişdim. İkinci namizəd Roberto Donadoni idi. Lakin həmin vaxt "Bolonya"nın prezidenti təklifi geri çevirdi və Donadonini buraxmadı. Bundan sonra siyahıda Canni De Byazi ilə Campyero Venturanın adları qalmışdı. Albaniya Futbol Federasiyasının prezidenti Arman Duka FIFA-nın işinə qarışaraq, De Byazinin qarşısını kəsdi".

Qeyd edək ki, bu ilin avqustunda Azərbaycan millisinə baş məşqçi təyin olunmuş Canni De Byazi Albaniya yığmasına 2011 - 2017-ci illərdə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi