De Byazi millinin qapıçısının Rəşad Sadıqovla bağlı fikirlərinə cavab verib

De Byazi millinin qapıçısının Rəşad Sadıqovla bağlı fikirlərinə cavab verib Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Şahruddin Məhəmmədəliyevin hazırda "Zirə"yə rəhbərlik edən Rəşad Sadıqovun yığmanın sükanı arxasına gətirilməsi ilə bağlı fikirlərinə münasibət bildirib.
Futbol
18 Noyabr , 2021 23:26
De Byazi millinin qapıçısının Rəşad Sadıqovla bağlı fikirlərinə cavab verib

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Şahruddin Məhəmmədəliyevin hazırda "Zirə"yə rəhbərlik edən Rəşad Sadıqovun yığmanın sükanı arxasına gətirilməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

"Report"un mməlumatına görə, italiyalı mütəxəssis "CBC Sport" telekanalındakı "Start" verilişində 27 yaşlı qapıçının daha çox öz işini görməli olduğunu söyləyib.

Onun sözlərinə görə, bu cür qərarları yalnız AFFA verə bilər: "Amma qolkiperi də başa düşürəm. Deyib ki, mən gedəsi olsam, bu təyinat daha yaxşı olar. Çox oyunçularla danışıram. İstəsəniz, mesajları da göstərə bilərəm. Maksim Medvedev, Qara Qarayev, Filip Ozobiç, Emin Mahmudov, bir sözlə hamısı deyir ki, yığmada qalsanız, çox sevinərik".

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev mətbuata açıqlamasında yığmanı bu vəziyyətdən çıxara biləcək baş məşqçinin məhz Rəşad Sadıqov olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi