Kabo Verde DÇ-2026-da ardıcıl ikinci xalını qazanıb - YENİLƏNİB-7
- 22 iyun, 2026
- 04:04
Futbol üzrə dünya çempionatında Uruqvay - Kabo Verde ilə qarşılaşıb.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında qalib müəyyənləşməyib - 2:2.
Uruqvayın heyətində Maksimiliano Arauxo (44) və Aqustin Kanobbio (45+6) fərqləniblər. Kabo Verde yığmasında isə Kevin Pina (21) və Helio Varella (61) diqqət mərkəzinə düşüblər.
Bununla da hər iki yığma qrupdakı xallarının sayını 2-yə çatdırıb. Uruqvay ötən tur Səudiyyə Ərəbistanı (1:1), Kabo Verde isə İspaniya ilə (0:0) heç-heçə etmişdi.
II turun əvvəlki matçında isə İspaniya Səudiyyə Ərəbistanı seçməsini 4 cavabsız qolla məğlub edib.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Kabo Verde hesabı bərabərləşdirib - 2:2
61-ci dəqiqədə Helio Varella bərabərlik qolunu rəqibin qapısından keçirib.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Uruqvayın üstünlüyü davam edir - 2:1.
Qarşılaşmanı norveçli FIFA referisi Espen Eskos idarə edir.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Uruqvay fasiləyə üstünlüklə yollanıb - 2:1.
Qarşılaşmanı norveçli FIFA referisi Espen Eskos idarə edir.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Uruqvay hesabda önə keçib - 2:1.
45+6-cı dəqiqədə Aqustin Kanobbio adını tabloya yazdırıb.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Uruqvay hesabı bərabərləşdirib - 1:1.
44-cü dəqiqədə Maksimiliano Arauxo rəqibin qapısını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Mayami stadionunda keçirilən H qrupunun II turunun matçında Kabo Verde hesabda irəli çıxıb - 1:0.
21-ci dəqiqədə Kevin Pina dəqiq zərbə müəllifi olub.
Futbol üzrə dünya çempionatının Uruqvay - Kabo Verde oyunu başlayıb.
"Report"un məlumatına görə, H qrupunun II turunun matçı Mayami stadionunda keçirilir.
Qarşılaşmanı norveçli FIFA referisi Espen Eskos idarə edir.