DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub edib - YENİLƏNİB-9

Futbol
  • 20 iyun, 2026
  • 23:04
DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub edib - YENİLƏNİB-9

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyunu başa çatıb.

"Report"un məlumatına görə, Hyuston stadionunda keçirilən F qrupunun II turunun matçında Niderland millisi böyük hesabla qələbə qazanıb - 5:1.

Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.

Beləliklə, Niderland 4 xalla ilk pilləyə yüksəlib.

Group F

Team P W D L GF GA GD TCS Pts
1 Netherlands 2 1 1 0 7 3 4 -3 4
2 Sweden 2 1 0 1 6 6 0 -3 3
3 Japan 1 0 1 0 2 2 0 0 1
4 Tunisia 1 0 0 1 1 5 -4 -1 0

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Niderland millisi hesab arasındakı fərqi artırıb - 5:1.

Krisensio Sammervill 89-cu dəqiqədə fərqlənib.

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, İsveç millisi hesab arasındakı fərqi azaldıb - 4:1.

Entoni Elanqa 59-cu dəqiqədə fərqlənib.

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Niderland millisi hesab arasındakı fərqi artırıb - 4:0.

Kodi Qakpo 54-cü dəqiqədə komandasının 4-cü qolunu vurub.

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Niderland millisi hesab arasındakı fərqi artırıb - 3:0.

Kodi Qakpo 47-ci dəqiqədə fərqlənib.

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hazırda Niderland millisi hesabda 2:0 öndədir.

Brayan Brobbi 5 və 17-ci dəqiqədə fərqlənib.

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, "narıncılar" fasiləyə öndə yollanıblar - 2:0.

Brayan Brobbi 5 və 17-ci dəqiqədə fərqlənib.

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, "narıncılar" hesab arasındakı fərqi artırıb - 2:0.

Brayan Brobbi 17-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Niderland millisi hesabı açıb.

5-ci dəqiqədə Brayan Brobbi fərqlənib.

Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyunu başlayıb.

"Report"un məlumatına görə, F qrupunun II turunun matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Maykl Oliverdir.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.