DÇ-2023: Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb
Futbol
- 17 sentyabr, 2021
- 17:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı ilk sınağında Rusiya yığmasının qonağı olub. Moskvada oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Rusiya seçməsinin heyətində qolları 42-ci dəqiqədə Marina Fyodorova, 75-ci dəqiqədə isə Nelli Korovkina vurublar.
Qeyd edək ki, bu qrupun digər oyunlarında Danimarka Maltanı 7:0, Monteneqro isə Bosniya və Herseqovinanı 3:2 hesabı ilə məğlub edib. Azərbaycan millisi növbəti oyununu sentyabrın 21-də Bakıda Danimarkaya qarşı keçirəcək.
Son xəbərlər
21:46
Foto
Video
Naxçıvanlıların yaratdığı Aravsa kəndi Ermənistana necə verilib? - "Qərbi Azərbaycanın yaddaş yerləri"
Daxili siyasət
21:33
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyununda ilk hissə bitib - YENİLƏNİR
Futbol
21:23
Məhəmməd İslami: İran nüvə sahəsində inkişaf etmiş ölkələrlə eyni səviyyədədir
Region
21:04
Foto
Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib
Turizm
20:59
"Gəncə" FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub
Komanda
20:54
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb
Digər ölkələr
20:39
Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib
Xarici siyasət
20:36
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
Sosial müdafiə
20:23
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
Energetika