DÇ-2022: Serbiya Lüksemburqa, Rusiya Kiprə qalib gəlib
- 04 sentyabr, 2021
- 17:56
Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 5 qrupda nəzərdə tutulan 13 qarşılaşmadan 6-sı başa çatıb.
Günün ilk görüşü D qrupunda Finlandiya və Qazaxıstan arasında olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
A qrupunda yer alan Azərbaycan millisi səfərdə İrlandiya ilə 1:1 hesablı heç-heçə edib. Qrupun digər matçında Serbiya evdə Lüksemburqa qalib gəlib - 4:1.
G qrupunda Norveç səfərdə Latviyadan, H qrupunda isə Rusiya Kiprdən üstün olub.
DÇ-2022, seçmə mərhələ
V tur
4 sentyabr
A qrupu
20:00. İrlandiya - Azərbaycan - 1:1
Qollar: Şeyn Daffi, 87 - Emin Mahmudov, 45+1
20:00. Serbiya - Lüksemburq - 4:1
Qollar: Aleksandar Mitroviç, 22; 35, Maksim Şano, 82 (avtoqol), Nikola Milenkoviç, 90+6 - Olivye Till, 77
Qırmızı vərəqə: Jerson Rodrigeş, 90+5 (Lüksemburq)
Xal durumu: Serbiya - 10, Portuqaliya - 10, Lüksemburq - 6, İrlandiya - 1, Azərbaycan - 1
D qrupu
17:00. Finlandiya - Qazaxıstan - 1:0
Qol: Yoen Pohyanpalo, 60
Xal durumu: Fransa - 8 (4 oyuna), Finlandiya - 5 (3), Ukrayna - 4 (4), Bosniya və Herseqovina - 2 (3), Qazaxıstan - 2 (4)
G qrupu
20:00. Latviya - Norveç - 0:2
Qollar: Erlinq Holann, 20 (penalti), Məhəmməd Elyunussi, 66
Xal durumu: Norveç - 10 (5 oyuna), Türkiyə - 8 (4), Niderland - 7 (4), Monteneqro - 7 (4), Latviya - 4 (5), Cəbəllütariq - 0 (4)
H qrupu
20:00. Kipr - Rusiya - 0:2
Qollar: Aleksandr Yeroxin, 6, Rifat Cəmaləddinov, 55
20:00. Sloveniya - Malta - 1:0
Qol: Sandi Lovriç, 45 (penalti)
Xal durumu: Rusiya - 10 (5 oyuna), Xorvatiya - 7 (4), Slovakiya - 7 (5), Sloveniya - 4, Malta - 4 (5), Kipr - 4 (5)