DÇ-2022: Seçmə mərhələ matçları növbəti dəfə təxirə salındı
Futbol
- 12 avqust, 2020
- 08:16
2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin oyunları növbəti dəfə təxirə salınıb.
"Report" Asiya Futbol Konfederasiyası (AFC) rəsmi saytına istinadən xəbər verir ki, oktyabr - noyabr aylarında keçirilməsi planlaşdırılan matçlar koronavirus pandemiyasına görə 2021-ci ildə olacaq.
Bunlar əlavə, 2023-cü ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələ matçları da təxirə düşüb. Qərar FİFA ilə məsləhətləşdikdən sonra verilib.
Təxirlə salınan qarşılaşmaların tarixləri daha sonra açıqlanacaq.
Qeyd edək ki, daha əvvəl 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan Asiya zonası üzrə seçmə mərhələnin oyunları təxirə salınıb. DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.
Son xəbərlər
21:16
Bolqarıstan Prezidenti Radev istefa verib
Digər ölkələr20:57
Mərakeş Futbol Federasiyası Afrika Millətlər Kubokunun finalı ilə bağlı məhkəməyə şikayət edəcək
Futbol20:52
Bolqarıstandan Türkiyəyə keçən TIR-da 144 kq narkotik aşkarlanıb
Region20:43
Nigeriyada silahlı dəstələr iki kilsədən 160-dan çox ibadətçini qaçırıblar
Digər ölkələr20:28
Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Xarici siyasət20:23
Ərdoğan: İnanırıq ki, qonşumuz İran çətin günlərin öhdəsindən gələcək
Region20:22
Foto
Azərbaycan Prezidenti Davosda ÜST-nin Baş direktoru ilə görüşüb
Xarici siyasət20:18
Foto
İlham Əliyev Davosda "Vestas Wind Systems" şirkətinin rəsmisi ilə görüşüb
Xarici siyasət20:14