DÇ-2022: Qətərdə sonuncu stadionun inşası başa çatıb
Futbol
- 21 noyabr, 2021
- 07:55
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün sonuncu - 7-ci stadionun inşası başa çatıb.
"Report"un məlumatına görə, bu barədə mundialın təşkilat komitəsinin baş katibi Həsən əl-Tavadi "Goal" nəşrinə açıqlamasında deyib.
O, "974" adı verilən arenada tikinti işlərinin tamamlanmasını elan etməkdən qürur duyduğunu bildirib: "Bu dünya çempionatına gedən yolda daha bir mərhələdir. Biz ölkəmizdə təşkil olunacaq ilk mundiala ev sahibliyi etməyə yaxınlaşırıq".
Daha əvvəl "Ras-Abu-Abud" adlanan stadion 40 000 azarkeş tutumuna malikdir. Bu arenada dünya çempionatının 7 oyunu, həmçinin Ərəb Ölkələri Kubokunun 6 görüşünün keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə baş tutacaq.
Son xəbərlər
14:50
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
Maliyyə14:49
Foto
Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda beynəlxalq toplanışa qatılıb
Fərdi14:45
Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır
İncəsənət14:41
Azərbaycanın sərbəst güləş millisi toplanışa başlayıb
Fərdi14:39
Bakıdakı "ECO Clean Energy Center" İƏT ölkələri üçün bərpa olunan enerjiyə dair model qanun hazırlayır
Energetika14:39
Cahid Mikayılov: "Oktyabrda binaların enerji effektivliyi üzrə elektron pasport sistemi yekunlaşdırılacaq"
Energetika14:37
Azərbaycan təmsilçisi Raman Salei Avropa çempionatında finala vəsiqə qazanıb
Fərdi14:36
"Sabah"ın baş məşqçisi Lazar Spasiç: "Çempionlar Liqasına hazır olmaq üçün hər gün inkişaf etməliyik"
Komanda14:31