Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində IX turunun İrlandiya və Portuqaliya milli komandaları arasında keçirilən oyundan (0:0) sonra maraqlı hadisə qeydə alınıb.
Bu barədə “Report””Matç TV”yə istinadən xəbər verir.
Məlumata görə, final fitindən dərhal sonra azyaşlı qız kumiri – Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" komandasının hücumçusu Kriştianu Ronaldonu qucaqlamaq üçün meydançaya keçə bilib. Ronaldu azarkeşindən imtina etməyib, hücumçu balaca azarkeşini öpüb. Ronaldu bundan sonra futbol köynəyini çıxararaq ona hədiyyə edib. Görüntülər futbol azarkeşlərinin və sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.
Qeyd edək ki, İrlandiyanın qonağı olan Pireney təmsilçisi vacib xallar itirib.
Portuqaliya yığması 7 turdan sonra Serbiya millisi ilə A qrupunda birinci yeri bölüşür. Hər iki komandanın 17 xalı var, lakin əlavə göstəricilərdə portuqallar daha yüksəkdir.