DÇ-2022-yə hazırlıq işlərində 7 minə yaxın miqrant ölüb

DÇ-2022-yə hazırlıq işlərində 7 minə yaxın miqrant ölüb Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq işlərində dünyasını dəyişmiş şəxslərin sayı açıqlanıb
Futbol
169
24 Fevral , 2021 00:47
DÇ-2022-yə hazırlıq işlərində 7 minə yaxın miqrant ölüb

Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq işlərində dünyasını dəyişmiş şəxslərin sayı açıqlanıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, 2011-ci ildən ötən ilin sonunadək ümumilikdə 6 700 nəfərdən çox işçi miqrant həyatını itirib.

Onların əksəriyyətinin Hindistan, Banqladeş, Nepal və Şri-Lankadan olduğu bildirilib. Həmçinin ölənlər arasında 824 nəfər Pakistan sakini də var. Əslində sayın daha çox olduğu iddia edilir. Çünki bu siyahıya Qətərdəki işçi miqrantların böyük hissəsini təşkil edən Filippin və Keniya vətəndaşlarının adları salınmayıb.

Fars Körfəzi İşçilərinin Hüquqları Qrupunun rəhbəri Nik Makgixan bildirib ki, 2011-ci ildən bəri ölən işçilərin çoxu Qətərin mundiala ev sahibliyi etmə haqqını qazandığı vaxtdan sözügedən ölkədə işləyirdi.

Qeyd edək ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Son xəbərlər

Orphus sistemi