DÇ-2022: Millimiz seçmə mərhələyə Portuqaliyaya qarşı oyunla start verir

DÇ-2022: Millimiz seçmə mərhələyə Portuqaliyaya qarşı oyunla start verir Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə başlayacaq
Futbol
398
24 Mart , 2021 07:30
DÇ-2022: Millimiz seçmə mərhələyə Portuqaliyaya qarşı oyunla start verir

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, A qrupunda yer alan yığma I turda Portuqaliya seçməsi ilə qarşılaşacaq. Koronavirus pandemiyası səbəbindən İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Hər iki kollektiv matça itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Ruy Patrisiu, Pepe və Rafael Gerreyrunun zədə səbəbindən oynamayacağı dəqiqdir. Ruy Silvanın isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

Azərbaycan millisində isə yeganə itki Qara Qarayevin yoxluğudur. "Qarabağ"ın yarımmüdafiəçisi zədəli olduğu üçün Turinə aparılmayıb.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

I tur

23:45. Portuqaliya - Azərbaycan

Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann (Almaniya)

İtaliya, Turin. "Yuventus" stadionu

Qeyd edək ki, bu qrupun digər oyunlarında Serbiya millisi İrlandiya ilə, Lüksemburq isə Qətərlə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi