DÇ-2022: Məhəmmədəliyev "3-lük"də, Mahmudov bombardirlər siyahısında yer alıb

DÇ-2022: Məhəmmədəliyev "3-lük"də, Mahmudov bombardirlər siyahısında yer alıb 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin qrup oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Futbol
310
17 Noyabr , 2021 09:01
DÇ-2022: Məhəmmədəliyev 3-lükdə, Mahmudov bombardirlər siyahısında yer alıb

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin qrup oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

"Report"un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qol buraxan 6-cı qapıçıdır.

27 yaşlı qolkiper 8 görüş ərzində 18 dəfə məyus olub. Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında 3-cü sırada yer alıb. O, 44 dəfə komandasını qoldan xilas edib.

4 qolla tsiklda millinin bombardiri olan Emin Mahmudov bu göstəricidə 23 - 39-cu yerləri bölüşdürür.

Qrup mərhələsinin bombardirləri 12 qolla niderlandlı Memfis Depay və ingiltərəli Harri Keyndir.

Son xəbərlər

Orphus sistemi