DÇ-2022: İtaliya Bolqarıstanla, İspaniya İsveçlə üz-üzə gələcək

DÇ-2022: İtaliya Bolqarıstanla, İspaniya İsveçlə üz-üzə gələcək Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IV turun digər görüşləri keçiriləcək.
Futbol
2 Sentyabr , 2021 07:30
DÇ-2022: İtaliya Bolqarıstanla, İspaniya İsveçlə üz-üzə gələcək

Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IV turun digər görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə 5 qrupda 12 qarşılaşma təşkil ediləcək.

B qrupunda İspaniya İsveçin, Kosovo isə Gürcüstanın qonağı olacaq.

Avropa çempionu İtaliya Bolqarıstanı qəbul edəcək. C qrupunun digər matçında Litva və Şimali İrlandiya komandaları üz-üzə gələcək.

I qrupunda mübarizə aparan İngiltərə seçməsi Macarıstanı, J qrupundakı Almaniya isə Lixtenşteyni sınağa çəkəcək.

DÇ-2022, seçmə mərhələ
IV tur
2 sentyabr

B qrupu

20:00. Gürcüstan - Kosovo

22:45. İsveç - İspaniya

Xal durumu: İspaniya - 7 (3 oyuna) İsveç - 6 (2), Yunanıstan - 2 (2), Gürcüstan - 1, (3 oyuna) Kosovo - 0 (2)

C qrupu

22:45. Litva - Şimali İrlandiya

22:45. İtaliya - Bolqarıstan

Xal durumu: İtaliya - 9 (3 oyuna), İsveçrə - 6 (2), Şimali İrlandiya - 1 (2), Bolqarıstan - 1 (3 oyuna), Litva - 0 (2)

E qrupu

22:45. Estoniya - Belçika

22:45. Çexiya - Belarus

Xa durumu: Belçika - 7 (3 oyuna), Çexiya - 4 (3), Uels - 3 (2), Belarus - 3 (2), Estoniya - 0 (2)

I qrupu

22:45. Andorra - San Marino

22:45. Macarıstan - İngiltərə

22:45. Polşa - Albaniya

Xal durumu: İngiltərə - 9, Macarıstan - 7, Albaniya - 6, Polşa - 4, Andorra - 0, San Marino - 0

J qrupu

22:45. Lixtenşteyn - Almaniya

22:45. Şimali Makedoniya - Ermənistan

22:45. İslandiya - Rumıniya

Xal durumu: Ermənistan - 9, Şimali Makedoniya - 6, Almaniya - 6, Rumıniya - 3, İslandiya - 3, Lixtenşteyn - 0

Son xəbərlər

Orphus sistemi