Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçiriləcək.
Azərbaycan yığması A qrupundakı sonuncu matçında Lüksemburqu qəbul edəcək. Qrupun digər görüşündə isə Portuqaliya İrlandiyanın qonağı olacaq. Priney təmsilçisi qələbə sayəsində qrup lideri olacaq və final mərhələsinə daha da yaxınlaşacaq. Bu qrupda yer alan Serbiya yığması isə Qətərlə yoldaşlıq görüşündə qarşılaşacaq.
B qrupunun lideri İsveç Gürcüstanla, İspaniya isə Yunanıstanla üz-üzə gələcək. Skandinaviyalılar qələbə sayəsində final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün 3 qat Avropa çempionları Yunanıstan səfərində xal itirməlidir.
H qrupundakı Rusiya da DÇ-2022-də iştirakı rəsmiləşdirə bilər. Valeri Karpinin baş məşqçi olduğu komanda bundan ötrü evdə Kipri məğlub etməli və Xorvatiyanın Malta səfərində büdrəməsini gözləməlidir.
Bu gün meydana çıxacaq komandalardan hələlik J qrupunda Almaniya millisi mundiala vəsiqə qazanıb.
DÇ-2022, seçmə mərhələ
IX tur
11 noyabr
A qrupu
21:00. Azərbaycan - Lüksemburq
23:45. İrlandiya - Portuqaliya
Xal durumu: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 6 (6), İrlandiya - 5 (6), Azərbaycan - 1 (7)
B qrupu
21:00. Gürcüstan - İsveç
23:45. Yunanıstan - İspaniya
Xal durumu: İsveç - 15 (6 oyuna), İspaniya - 13 (6), Yunanıstan - 9 (6), Gürcüstan - 4 (7), Kosovo - 4 (7)
H qrupu
21:00. Rusiya - Kipr
23:45. Malta - Xorvatiya
23:45. Slovakiya - Sloveniya
Xal durumu: Rusiya - 19, Xorvatiya - 17, Slovakiya - 10, Sloveniya - 10, Malta - 5, Kipr - 5.
J qrupu
21:00. Ermənistan - Şimali Makedoniya
23:45. Rumıniya - İslandiya
23:45. Almaniya - Lixtenşteyn
Xal durumu: Almaniya - 21, Rumıniya - 13, Şimali Makedoniya - 12, Ermənistan - 12, İslandiya - 8, Lixtenşteyn - 1.
Yoldaşlıq oyunu
21:00. Serbiya - Qətər.