DÇ-2022: İspaniya, Almaniya və İngiltərənin səfər, İtaliyanın ev sınağı

DÇ-2022: İspaniya, Almaniya və İngiltərənin səfər, İtaliyanın ev sınağı 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün VI tura yekun vurulacaq.
Futbol
8 Sentyabr , 2021 07:30
DÇ-2022: İspaniya, Almaniya və İngiltərənin səfər, İtaliyanın ev sınağı

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün VI tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutacaq.

B qrupunda İspaniya Kosovonun, İsveç Yunanıstanın qonağı olacaq. C qrupunda İtaliya evdə Litvanı sınağa çəkəcək. İsveçrə isə səfərdə Şimali İrlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

E qrupunda Belçika Belarusla, Uels Estoniya ilə üz-üzə gələcək. Gecənin maraqlı görüşlərindən biri I qrupunda olacaq. Polşa millisi doğma meydanda İngiltərə yığmasını sınağa çəkəcək. Bu qrupun digər oyunlarında Macarıstan Andorranı, Albaniya isə San Marinonu məğlub etməyə çalışacaq.

Nəhayət, J qrupunda Rumıniya səfərdə Şimali Makedoniya, Almaniya isə İslandiya ilə qarşılaşacaq.

DÇ-2022, seçmə mərhələ

VI tur

8 sentyabr

B qrupu

22:45. Kosovo - İspaniya

22:45. Yunanıstan - İsveç

Xal durumu: İspaniya - 10 (5 oyuna), İsveç - 9 (3), Kosovo - 4 (4), Yunanıstan - 3 (3), Gürcüstan - 1 (5)

C qrupu

22:45. Şimali İrlandiya - İsveçrə

22:45. İtaliya - Litva

Xal durumu: İtaliya 11 (5 oyuna), İsveçrə - 7 (3), Bolqarıstan - 5 (5), Şimali İrlandiya - 4 (3), Litva - 0 (4)

E qrupu

22:45. Belarus - Belçika

22:45. Uels - Estoniya

Xal durumu: Belçika - 13 (5 oyuna), Çexiya - 7 (5), Uels - 6 (3), Belarus - 3 (4), Estoniya - 0 (3)

I qrupu

22:45. Macarıstan - Andorra

22:45. Albaniya - San Marino

22:45. Polşa - İngiltərə

Xal durumu: İngiltərə - 15, Polşa - 10, Albaniya - 9, Macarıstan - 7, Andorra - 3, San Marino - 0

J qrupu

20:00. Ermənistan - Lixtenşteyn

22:45. Şimali Makedoniya - Rumıniya

22:45. İslandiya - Almaniya

Xal durumu - Almaniya, 12, Ermənistan - 10, Rumıniya - 9, Şimali Makedoniya - 8, İslandiya - 4, Lixtenşteyn - 0

Son xəbərlər

Orphus sistemi