DÇ-2022: Final mərhələsinin daha bir iştirakçısı bəlli olub

DÇ-2022: Final mərhələsinin daha bir iştirakçısı bəlli olub Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının daha bir iştirakçısı bəlli olub.
Futbol
27 Yanvar , 2022 21:26
DÇ-2022: Final mərhələsinin daha bir iştirakçısı bəlli olub

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının daha bir iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, İran millisi mundialın final mərhələsində oynamaq hüququ qazanıb. Draqan Skoçiçin başçılıq etdiyi kollektiv Asiya zonası üzrə seçmə mərhələnin A qrupunun VII turunda İraq yığmasına minimal hesabla qalib gələrək DÇ-2022-yə vəsiqəni vaxtından əvvəl təmin edib. Yeganə qolu 48-ci dəqiqədə Mehdi Taremi vurub.

Bu qələbədən sonra xallarını 17-yə çatdıraraq liderliyinə möhkəmləndirən İran seçməsi sona 3 tur qalmış ən yaxın izləyicisi Cənubi Koreyanı 2, Birləşmiş Ərəb Əmirliklərini isə 10 xal qabaqlayır. Bu isə o deməkdir ki, komanda mundiala ən pis halda ikinci yerin sahibi kimi yollanacaq.

Bu, İranda son üç ildə qadınların stadiona girişinə icazə verilən ilk qarşılaşma olub.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək. İndiyədək İranla yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland və Argentina da final mərhələsinə vəsiqə əldə edib.

Son xəbərlər

Orphus sistemi