DÇ-2022: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edib

DÇ-2022: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edib Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun növbəti oyunları keçirilib.
Futbol
13 Noyabr , 2021 01:54
DÇ-2022: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edib

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 8 qarşılaşma gerçəkləşib. Bu matçlardan sonra daha 5 ölkə ən azı pley-offa vəsiqəni təmin edib.

C qrupunda 14 xala malik qrup liderləri - İtaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Litva səfərdə Şimali İrlandiyaya minimal hesabla uduzub. Bu qrupdan İtaliya və İsveçrə ən azı pley-offda iştirak hüququ əldə edib.

F qrupunda Danimarka seçməsi DÇ-2022-də iştirakı vaxtından əvvət təmin edib. Bununla belə, skandinaviyalılar Farer adaları üzərində inamlı qələbə qazanıblar. Şotlandiya isə Moldova səfərində 3 xal qazanaraq, qrupda ikinci pilləni rəsmiləşdirib.

I qrupunda isə İngiltərə Albaniyanı 5:0 hesabı ilə darmadağın etsə də, mundiala birbaşa vəsiqəni rəsmiləşdirə bilməyib. Çünki Polşa da Andorra səfərində böyük hesablı qələbəyə nail olub. Bununla belə, İngiltərə və Polşa ilk 2 pilləni təmin edərək, ən azı pley-offa vəsiqə qazanıblar.

DÇ-2022, seçmə mərhələ
IX tur
12 noyabr

C qrupu

23:45. Şimali İrlandiya - Litva - 1:0

Qol: Benas Şatkus, 18 (öz qapısına)

23:45. İtaliya - İsveçrə - 1:1

Qollar: Covanni Di Lorentso, 36 - Silvan Vidmer, 11

İstifadə olunmamış penalti: Jorjinyo, 90 (İtaliya)

Xal durumu: İtaliya 15 (7 oyuna), İsveçrə - 15 (7), Şimali İrlandiya - 8 (7), Bolqarıstan - 8 (7), Litva - 3 (8)

F qrupu

21:00. Moldova - Şotlandiya - 0:2

Qollar: Natan Patterson, 38. Çe Adams, 65

23:45. Danimarka - Farer adaları - 3:1

Qollar: Andreas Skov Olsen, 18. Yakob Bruun Larsen, 63. Yoakim Mele, 90+3 - Klemin Olsen, 89

23:45. Avstriya - İsrail - 4:2

Qollar: Marko Arnautoviç, 51 (pen.). Luis Şaub, 62; 72; Marsel Zabitser, 84 - Nir Bitton, 33. Dor Perets, 59

Xal durumu: Danimarka - 27, Şotlandiya - 20, İsrail - 13, Avstriya - 13, Farer adaları - 4, Moldova - 1

I qrupu

23:45. Andorra - Polşa - 1:4

Qollar: Mark Vales, 45 - Robert Levandovski, 5; 73. Kamil Yuzvyak, 11. Arkadiuş Milik, 45+2

Qırmızı vərəqə: Rikard Fernandes, 1 (Andorra)

23:45. Macarıstan - San Marino - 4:0

Qollar: Dominik Soboslai, 6; 83. Daniel Qazdaq, 22. Balint Veçei, 88

23:45. İngiltərə - Albaniya - 5:0

Qollar: Harri Maquayr, 9. Harri Keyn, 18; 43; 45+2. Cordan Henderson, 28

Xal durumu: İngiltərə - 23, Polşa - 20, Albaniya - 15, Macarıstan - 14, Andorra - 6, San Marino - 0.

Son xəbərlər

Orphus sistemi