DÇ-2022: Almaniya və İngiltərə qələbə qazanıb, İspaniya məğlub olub

DÇ-2022: Almaniya və İngiltərə qələbə qazanıb, İspaniya məğlub olub Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IV turun digər görüşləri keçiriləcək.
Futbol
804
3 Sentyabr , 2021 00:38
DÇ-2022: Almaniya və İngiltərə qələbə qazanıb, İspaniya məğlub olub

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IV turun digər görüşləri keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.

B qrupunda İspaniya səfərdə İsveçə 1:2 hesabı ilə məğlub olub, Kosovo isə Gürcüstanı minimal hesabla üstələyib - 1:0.

Avropa çempionu İtaliya Bolqarıstanın müqavimətini qıra bilməyib - 1:1. C qrupunun digər matçında Litva evdə Şimali İrlandiyaya uduzub - 1:4.

I qrupunda mübarizə aparan İngiltərə seçməsi Macarıstana 4:0 hesabı ilə qalib gəlib, J qrupundakı Almaniya isə Lixtenşteyn səfərindən qələbə ilə qayıdıb - 2:0.

DÇ-2022, seçmə mərhələ
IV tur

B qrupu

20:00. Gürcüstan - Kosovo - 0:1

Qollar: Davit Khoçolava, 18 (avtoqol)

22:45. İsveç - İspaniya - 2:1

Qollar: Alexander Isak, 6. Viktor Claesson, 57 - Karlos Soler, 5

Xal durumu: İsveç - 3 (3 oyuna) İspaniya - 7 (4), Kosovo - 3 (3) Yunanıstan - 2 (2), Gürcüstan - 1, (4)

C qrupu

22:45. Litva - Şimali İrlandiya - 1:4

Qol: Rolandas Baravykas, 55 - Daniel Ballard, 20. Konor Vaşinqton, 52 (p). Şayne Laveri, 67. Paddy McNair, 81 (p)

22:45. İtaliya - Bolqarıstan - 1:1

Qol: Federiko Kyeza, 16 - Atanas Iliev, 40

Xal durumu: İtaliya - 10 (4 oyuna), İsveçrə - 6 (2), Şimali İrlandiya - 4 (3), Bolqarıstan - 2 (4 oyuna), Litva - 0 (3)

E qrupu

22:45. Estoniya - Belçika - 2:5

Qol: Mattias Kait, 2. Erik Sorge, 83 - Hans Vanaken, 22. Romelu Lukaku, 29. 52, Aksel Vitsel, 65, Tomas Foket, 76

22:45. Çexiya - Belarus - 1:0

Qol: Antonin Barak, 34

Xa durumu: Belçika - 10 (4 oyuna), Çexiya - 7 (4), Uels - 3 (2), Belarus - 3 (3), Estoniya - 0 (3)

I qrupu

22:45. Andorra - San Marino - 2:0

Qol: Mark Vales, 18. 24

22:45. Macarıstan - İngiltərə - 0:4

Qol: Rahim Sterlinq, 55. Harri Keyn, 63. Harri Maquayr, 69. Declan Rice, 87

22:45. Polşa - Albaniya - 4:1

Qol: Robert Levandovski, 12. Adam Buksa, Grzegorz Krychowiak, 54. Karol Linetti, 89 - Sokol Cikalleşi, 25

Xal durumu: İngiltərə - 12, Polşa - 7, Macarıstan - 7, Albaniya - 6, Andorra - 3, San Marino - 0

J qrupu

22:45. Lixtenşteyn - Almaniya - 0:2

Qol: Timo Verner, 41. Leroy Sane, 77

22:45. Şimali Makedoniya - Ermənistan - 0:0

22:45. İslandiya - Rumıniya - 0:2

Qol: Dennis Man, 47. Nicolae Stanciu, 83

Xal durumu: Ermənistan - 10, Almaniya - 9, Şimali Makedoniya - 7, Rumıniya - 6, İslandiya - 3, Lixtenşteyn - 0

Son xəbərlər

Orphus sistemi