DÇ-2022: Almaniya millisinin 9 qol vurduğu oyunda bir neçə rekord qeydə alınıb

DÇ-2022: Almaniya millisinin 9 qol vurduğu oyunda bir neçə rekord qeydə alınıb Futbol üzrə Almaniya millisi 52 ildən sonra dünya çempionatlarının seçmə oyununda 9 qol vurub.
Futbol
12 Noyabr , 2021 09:28
DÇ-2022: Almaniya millisinin 9 qol vurduğu oyunda bir neçə rekord qeydə alınıb

Futbol üzrə Almaniya millisi 52 ildən sonra dünya çempionatlarının seçmə oyununda 9 qol vurub.

"Report"un məlumatına görə, Hans-Diter Flikin baş məşqçi olduğu komanda DÇ-2022-nin seçmə mərhələsində Lixtenşteyni 9 cavabsız qolla məğlub edib.

Matç 56 yaşlı mütəxəssis üçün də əlamətdar olub. Flik yığmada ilk 6 oyunda qələbə qazanan baş məşqçi kimi tarixə düşüb.

Bundan əlavə, görüşdə "dubl" edən Tomas Müller millidəki qol sayını 42-yə çatdırmaqla bombardirlər siyahısında Mixael Ballakı geridə qoyaraq 8-ci olub.

Xatırladaq ki, Almaniya millisi Qətərdə keçiriləcək dünya çempionatına vəsiqəni ötən tur təmin edib.

Son xəbərlər

Orphus sistemi