DÇ-2018-in püşkatma mərasimi üçün birinci səbətin tərkibi müəyyənləşib

DÇ-2018-in püşkatma mərasimi üçün birinci səbətin tərkibi müəyyənləşib İspaniya və İngiltərə yığmaları ikinci səbətdə yer alıb
Futbol
11 Oktyabr , 2017 11:56
DÇ-2018-in püşkatma mərasimi üçün birinci səbətin tərkibi müəyyənləşib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi üçün birinci səbətin tərkibi müəyyənləşib.

"Report"un məlumatına görə, bunlar təşkilatçı ölkə kimi Rusiya ilə yanaşı, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa və Fransadır. Bu komandalar mundialın qrup mərhələsində bir-biri ilə oynamayacaqlar.

İkinci səbətə İspaniya, İngiltərə, Kolumbiya, Meksika və Uruqvayın düşəcəyi dəqiqdir. Qalan 3 komanda noyabrda təşkil olunacaq "pley-off" qarşılaşmalarından sonra müəyyənləşəcək.

Hələlik 23 ölkə dünya çempionatına vəsiqəni təmin edib. Püşkatma mərasimi dekabrın 1-də Kremldə keçiriləcək. Oyunlar isə gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Soçi, Nijni-Novqorod, Samara, Volqoqrad, Rostov, Kalininqrad, Yekaterinburq və Saransk şəhərlərində təşkil olunacaq.

Qeyd edək ki, püşkatma üçün səbətlərin tərkibi müəyyənləşdirilərkən, FİFA-nın oktyabr reytinqi nəzərə alınacaq. Reytinqin tərtib olunması üçün lazımi oyunların hamısı artıq keçirilib.

Son xəbərlər

Orphus sistemi