DÇ-2018: İsveç 1/4 finala vəsiqə qazanıb

DÇ-2018: İsveç 1/4 finala vəsiqə qazanıb Bakı. 3 iyul. REPORT.AZ/ Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib.
Futbol
3 İyul , 2018 19:54
DÇ-2018: İsveç 1/4 finala vəsiqə qazanıb

Bakı. 3 iyul. REPORT.AZ/ Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib.

"Report"un məlumatına görə, "Sankt-Peterburq" stadionunda İsveç və İsveçrə yığmaları üz-üzə gəliblər. Qarşılaşma İsveçin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 66-cı dəqiqədə Emil Forsberq vurub.

Qeyd edək ki, İsveç yığması 1/4 finaldakı Kolumbiya - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 7-də keçiriləcək.

DÇ-2018, 1/8 final, 3 iyul

18:00. İsveç - İsveçrə - 1:0 

Qol: Emil Forsberq, 66

Qırmızı vərəqə: Mixail Lanq, 90+4

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

Son xəbərlər

Orphus sistemi