Daynis Kazakeviç: "Azərbaycan millisi kifayət qədər yaxşı komandadır"

Daynis Kazakeviç: "Azərbaycan millisi kifayət qədər yaxşı komandadır" "Azərbaycan millisi kifayət qədər yaxşı komandadır".
Futbol
29 Mart , 2022 18:18
Daynis Kazakeviç: Azərbaycan millisi kifayət qədər yaxşı komandadır

"Azərbaycan millisi kifayət qədər yaxşı komandadır".

"Report" xəbər verir ki, bunu Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, bu, tipik yoxlama matçı idi: "Həm hücumda, həm də müdafiədə yerinə yetirmək istədiyimiz vəzifələr var idi. Görüş bütövlükdə orta səviyyədə keçdi. Meydanda kifayət qədər texniki nasazlıqlar, qərarlarla bağlı çoxlu suallar var idi".

Onun sözlərinə görə, komandası ilk 15 dəqiqədə ciddi problemlərlə üzləşib: Yaxşı ki, oyuna nəzarəti bərpa edə bildik. Sevinirik ki, ən parlaq çıxışımızla qalib gəlmədik və iyun ayında bizə lazım olacaq məqamları işlədə bildik".

Kazakeviç oyunun kobud keçdiyini söyləyib: "Buna baxmayaraq, komandam özünü yaxşı tərəfdən göstərdi. Düşünürəm ki, bu qarşılaşma gənclər üçün çox faydalı təcrübə oldu".

Son xəbərlər

Orphus sistemi