Davit Volkov: "Yaxşı təklif gəlsə, "Zirə" məni buraxacaq"

Davit Volkov: "Yaxşı təklif gəlsə, "Zirə" məni buraxacaq" "Millidəki çıxışımdan sonra mənə maraq artıb. Artıq gürcüstanlı azarkeşlər məni daha yaxşı tanıyırlar (gülür)".
Futbol
24 Noyabr , 2021 00:20
Davit Volkov: Yaxşı təklif gəlsə, Zirə məni buraxacaq

"Millidəki çıxışımdan sonra mənə maraq artıb. Artıq gürcüstanlı azarkeşlər məni daha yaxşı tanıyırlar (gülür)".

"Report"un məlumatına görə, bu fikirləri Gürcüstan millisinin və "Zirə"nin futbolçusu Davit Volkov müxtəlif klublardan təklif alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

26 yaşlı hücumçu hələlik bu barədə danışmaq istəmədiyini söyləyib: "İndidən nəsə demək tezdir. Sübut etməli olduğum çox şey var. Amma əminəm ki, daha yaxşı təklif gələcəyi halda "Zirə" düşünmədən məni buraxacaq. Çünki onlar da inkişafıma, uğurlarıma sevinəcəklər. Bu komandada özümə inam və dəstək hiss edirəm. Lakin getmək barədə söhbət olmayıb".

Qeyd edək ki, hazırda 9 qolla Azərbaycan Premyer Liqasının bombardiri olan Davit Volkovun "Zirə" ilə cari mövsümün sonunadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi