Danimarkalı hakim 3-cü dəfə “Qarabağ”ın oyununa təyinat alıb

Danimarkalı hakim 3-cü dəfə “Qarabağ”ın oyununa təyinat alıb “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə ilk oyununu idarə edəcək danimarkalı Morten Kroq karyerası ərzində üçüncü dəfə Ağdam klubunun matçına təyinat alıb.
Futbol
13 Fevral , 2024 13:41
Danimarkalı hakim 3-cü dəfə “Qarabağ”ın oyununa təyinat alıb

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə ilk oyununu idarə edəcək danimarkalı Morten Kroq karyerası ərzində üçüncü dəfə Ağdam klubunun matçına təyinat alıb.

“Report”un məlumatına görə, 35 yaşlı referi daha əvvəl bir dəfə baş hakim, bir dəfə isə əlavə köməkçi hakim qismində “Qarabağ”ın qarşılaşmasında ədalət təmsilçiləri arasında olub.

Kroq ilk dəfə bu turnirin 2018/2019 mövsümünün qrup mərhələsində İngiltərə “Arsenal”ı ilə səfər görüşündə əlavə köməkçi rolunu oynayıb. Londondakı oyunda ev sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Danimarkalı 2021/2022 mövsümündə UEFA Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ” – “Omoniya” (Kipr) qarşılaşmasında isə baş hakim olub. 2:2 hesabı ilə nəticələnən matçda Azərbaycan klubunun heyətində Musa Qurbanlı, Toral Bayramov və Kadi Borges sarı vərəqə alıblar.

Ümumiyyətlə, Morten Kroq ölkədaxili yarışlar da olmaqla, karyerası ərzində 300-ə yaxın qarşılaşma idarə edib.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi