Danimarka millisinin baş məşqçisi: "Eriksen burada bizimlə olmalı idi"

Danimarka millisinin baş məşqçisi: "Eriksen burada bizimlə olmalı idi" "Oyuna yaxşı başladıq. Gözlədiyimiz kimi ağır qarşılaşma alındı. Rəqib ikinci yarıya yaxşı start verdi".
Futbol
3 İyul , 2021 22:54
Danimarka millisinin baş məşqçisi: Eriksen burada bizimlə olmalı idi
Kasper Hülmand

"Oyuna yaxşı başladıq. Gözlədiyimiz kimi ağır qarşılaşma alındı. Rəqib ikinci yarıya yaxşı start verdi".

"Report"un məlumatına görə, bu fikirləri Danimarka millisinin baş məşqçisi Kasper Hülmand Bakıda Çexiyaya 2:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, Çexiya seçməsi oyun ərzində əzmkarlıq göstərib: "Rəqibin bizə təzyiq göstərməsinə baxmayaraq, qalib olduq. Yarımfinalda çıxış edəcəyimiz üçün qürurluyam. Xalqımızın bizə verdiyi dəstək çox vacib idi. Ümid edirəm ki, oyunumuz hamının xoşuna gəlib".

O, iyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirən Kristian Eriksen haqqında danışıb: "O, burada olmalı idi. Biz həmişə Eriksen haqqında fikirləşirik və onu da "Uembli"də görmək istəyirik".

Qeyd edək ki, Danimarka yarımfinalda Ukrayna - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 7-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi