Danimarka millisinin 50 ən sadiq azarkeşi Bakıya gətirilir

Danimarka millisinin 50 ən sadiq azarkeşi Bakıya gətirilir Danimarka millisinin 50 ən sadiq azarkeşi Çexiya ilə Avropa çempionatının 1/4 final oyununu izləmək üçün Bakıya gətiriləcək.
Futbol
2 İyul , 2021 10:38
Danimarka millisinin 50 ən sadiq azarkeşi Bakıya gətirilir

Danimarka millisinin 50 ən sadiq azarkeşi Çexiya ilə Avropa çempionatının 1/4 final oyununu izləmək üçün Bakıya gətiriləcək.

"Report"un məlumatına görə, bu barədə Danimarka Futbol İttifaqı (DBU) qərar qəbul edib. Fanatlar illərdir yığmaya verdikləri fantastik dəstək qarşılığında belə mükafatlandırılıb. Azarkeşlər oyun üçün biletlə təmin olunacaq və futbolçular, DBU əməkdaşları ilə digər rəsmi şəxslərin yer aldığı təyyarə ilə Azərbaycana gələcəklər.

Ən sadiq fanatların seçimi fan-klubların tərkibindəki fəallıqları və milli komandaya beynəlxalq oyunlarda verdikləri dəstək əsasında aparılıb. Onlara yığmanın futbolçuları Yoakim Mele, Matias Yörgensen və Martin Braytveyt zəng edərək, Bakıya dəvət ediblər.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi