Daniele De Rossi "Roma"ya qayıdır

Daniele De Rossi "Roma"ya qayıdır İtaliya milli komandasının sabiq futbolçusu Daniele De Rossi Romaya qayıda bilər.
Futbol
30 Dekabr , 2019 12:17
Daniele De Rossi Romaya qayıdır

İtaliya milli komandasının sabiq futbolçusu Daniele De Rossi "Roma"ya qayıda bilər.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, bu, "The Friedkin Group" konsorsiumu tərəfindən "canavarlar"ın 780 milyon avroya alışının tamamlanacağı təqdirdə baş verəcək.

Artıq ABŞ şirkətinin nümayəndələri Argentinanın "Boka Xuniors" klubunda çıxış edən yarımmüdafiəçi ilə əlaqə yaradıblar və onun "Roma"da inzibati vəzifəyə təyin olunma məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Daniele De Rossi "Roma"nın formasını 2002 - 2019-cu illərdə geyinib. O, yayda Argentina klubu ilə bir illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi