Daniel Alveşin yeni klubu bəlli olub

Daniel Alveşin yeni klubu bəlli olub İspaniya "Barselona"sından ayrılan Braziliya millisinin futbolçusu Daniel Alveşin yeni klubu bəlli olub.
Futbol
22 İyul , 2022 09:27
Daniel Alveşin yeni klubu bəlli olub

İspaniya "Barselona"sından ayrılan Braziliya millisinin futbolçusu Daniel Alveşin yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 39 yaşlı müdafiəçi karyerasını Meksikanın "Pumas" komandasında davam etdirəcək.

Təcrübəli oyunçunun müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci ilin noyabrında "Barselona"ya qayıdan Daniel Alveş 2008 - 2016-cı illərdə də Kataloniya təmsilçisinin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi