Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb
Dünya Çempionatı - 2022
- 18 oktyabr, 2022
- 18:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun futbolçusu NQolo Kante bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bud nahiyyəsində zədəsi olan 31 yaşlı yarımmüdafiəçi əməliyyat olunub. Təcrübəli oyunçu təqribən 4 ay yaşıl meydanlardan kənarda qalacaq.
Daha əvvəl İngiltərə "Liverpul"ununun portuqaliyalı hücumçusu Dioqu Jotanın zədə səbəbindən mundialı buraxacağı dəqiqləşib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
Fransa yığması Avstraliya, Danimarka və Tunis seçmələri ilə birlikdə H qrupunda mübarizə aparacaq.
Son xəbərlər
04:12
ABŞ Yaxın Şərqdəki bazalardakı hərbi mövcudluğunu azaldır
Digər ölkələr
03:49
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
Energetika
03:33
Fransanın iri şəhərlərinin təcridxanaları kütləvi iğtişaşlar fonunda dolub
Digər ölkələr
03:03
WP: Pentaqon Çinlə iqtisadi mübarizə üçün agent kəşfiyyatı yaratmağı planlaşdırır
Digər ölkələr
02:32
Zelenski Norveçlə birlikdə HHM sahəsində üç birgə layihənin hazırlandığını bildirib
Digər ölkələr
02:09
ABŞ-də 2027-ci ilin oktyabrınadək muxtar döyüş sistemləri komandanlığı yaradılacaq
Digər ölkələr
01:41
Zelenski: Ukrayna, ABŞ və Rusiya arasında danışıqlara hazırlıq görülür
Digər ölkələr
01:16
İtaliyada yanacağın qiymətinə görə keçirilən etirazlar ərzaq tədarükündə fasilələrə səbəb olub
Digər ölkələr
01:01
Foto
Çempionlar Liqası: "Qalatasaray" və "Real" qələbə qazanıb
Futbol