Daha bir stadiona Maradonanın adı veriləcək
Futbol
- 19 dekabr, 2020
- 12:53
Argentinanın La-Plata şəhərində yerləşən "Uniko" stadionunun adı dəyişdiriləcək.
"Report"un məlumatına görə, bu barədə Buenos-Ayres əyalətinin qubernatoru Aksel Kisillof "Infobae" nəşrinə açıqlamasında deyib.
O bildirib ki, arena dünya futbolunun əfsanəsi, ötən ay dünyasını dəyişmiş Dieqo Maradonanın şərəfinə "Uniko de La-Plata Dieqo Armando Maradona" adlandırılacaq.
Bu, argentinalı veteran hücumçunun adını daşıyan 2-ci stadion olacaq. Daha əvvəl İtaliyanın "Napoli" komandasının ev oyunlarını keçirdiyi arenaya Maradonanın adı verilib.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.
Son xəbərlər
01:23
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
Digər ölkələr00:53
Foto
"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib
Futbol00:38
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr00:13
"Bloomberg": ABŞ-nin müttəfiqləri Hörmüz boğazında hələ də mina olduğunu bildirirlər
Digər ölkələr23:48
Madyar: "Pakş" AES maksimum enerji istehsalı səviyyəsinə çatıb
Digər ölkələr23:33
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Digər ölkələr23:12
"Çelsi" "Atalanta"dan ikinci müdafiəçini transfer edəcək
Futbol23:01
Qətərin Baş naziri sabah İrana səfər edəcək
Region22:35