Portuqaliya çempionatının bərpa tarixi məlum oldu

Portuqaliya çempionatının bərpa tarixi məlum oldu Portuqaliyanın Peşəkar Futbol Liqası özünün rəsmi saytında koronavirus pandemiyasına görə daha əvvəl dayandırılmış 2019/2020 mövsümünün davam etdirilməsi tarixini elan edib.
Futbol
13 May , 2020 01:05
Portuqaliya çempionatının bərpa tarixi məlum oldu

Portuqaliyanın Peşəkar Futbol Liqası özünün rəsmi saytında koronavirus pandemiyasına görə daha əvvəl dayandırılmış 2019/2020 mövsümünün davam etdirilməsi tarixini elan edib.

“Report”un məlumatına görə, Portuqaliya çempionatının matçları 4 iyunda başlayacaq.

"Son bir neçə gün ərzində müxtəlif təşkilatlar razılaşmaya əsasən ardıcıl müşavirələr keçirirdi ki, koronavirusa yoluxma riskini aşağı salan təhlükəsiz və müdafiə üzrə bütün tədbirlərə müvafiq olaraq mövsümün yenilənməsi davam etdirilsin. 4 iyun 2020-ci il Portuqaliya çempionatının 25-ci turunun birinci oyunu keçiriləcək", - liqanın mətbuat xidmətinin bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi