Daha bir ölkədə çempion elan edildi

Daha bir ölkədə çempion elan edildi Kamerun Futbol Federasiyası liqaların başa çatdırıldığını açıqlayıb.
Futbol
13 May , 2020 12:53
Daha bir ölkədə çempion elan edildi

Kamerun Futbol Federasiyası liqaların başa çatdırıldığını açıqlayıb. 

"Report"un məlumatına görə, hazırda əsas liqada 28 oyundan 47 xalla lider olan "Bamenda" komandası çempion elan edilib və yeni mövsümdə Afrika Çempionlar Liqasında iştirak hüququ qazanıb. 29 matça 46 xal toplayan "Koton Sport" ikinci olub. 

Federasiya birinci və ikinci liqadakı komandaların aşağı dəstəyə düşməyəcəyini də bəyan edib. Əvəzində ikinci liqanın ilk iki pilləsində yer alan "Les Astres" və "YaFoot" əsas liqaya vəsiqə əldə edib. 

Qeyd edək ki, Kamerunda liqalar martın 17-də koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. 

Son xəbərlər

Orphus sistemi