Rüfət Dadaşovun çıxış etdiyi komanda baş məşqçisi ilə müqaviləni uzadıb

Rüfət Dadaşovun çıxış etdiyi komanda baş məşqçisi ilə müqaviləni uzadıb Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ təmsilçisi Feniks Rizinq baş məşqçisi Rik Şansla müqavilənin müddətini uzadıb.
Futbol
25 Yanvar , 2020 09:32
Rüfət Dadaşovun çıxış etdiyi komanda baş məşqçisi ilə müqaviləni uzadıb

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ təmsilçisi "Feniks Rizinq" baş məşqçisi Rik Şansla müqavilənin müddətini uzadıb.

"Report" Arizona təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onun yeni sözləşməsi 2022-ci ilin sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Rik Şans 2018-ci ildən "Feniks Rizinq"ə rəhbərlik edir. Rüfət Dadaşov komandaya bu ay Almaniyanın "Pröyssen Munster" klubundan keçib. Klublar transfer şərtlərini açıqlamamağa dair razılığa gəliblər. 2013-cü ildən Azərbaycan yığmasının şərəfini qoruyan 29 yaşlı forvard məhz baş məşqçi ilə danışdıqdan sonra bu ABŞ təmsilçisini seçdiyini vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi