"Daçiya"nın hücumçusu: "Kəpəz" barədə məlumatımız azdır" - MÜSAHİBƏ

"Daçiya"nın hücumçusu: "Kəpəz" barədə məlumatımız azdır" - MÜSAHİBƏ "Əsas məqsədimiz top buraxmamaq şərtilə qol vurmağa çalışmaqdır"
Futbol
27 İyun , 2016 15:41
Daçiyanın hücumçusu: Kəpəz barədə məlumatımız azdır - MÜSAHİBƏ

Bakı. 27 iyun. REPORT.AZ/ Moldovanın "Daçiya" klubunun yeni transferi İqor Buqayev futbol üzrə Avropa Liqasında "Kəpəz"lə keçirəcəkləri I təsnifat mərhələsinin oyunu öncəsi fikirlərini bölüşüb.

"Report" 32 yaşlı hücumçunun müsahibəsini klubun rəsmi saytına istinadən təqdim edir...

- Oyunqabağı əhval-ruhiyyəniz necədir?

- Döyüşkən. Uşaqlar hamımızı çox məsuliyyətli oyunun gözlədiyini başa düşürlər. Biz bu mərhələyə uzun müddət hazırlaşmışıq.

- Səfər matçında sizi hansı nəticə qane edir?

- İstənilən müsbət nəticə. "Kəpəz" barədə az məlumatlıyıq. Düzdür, oyunlarına baxmışıq, müzakirə etmişik. Amma Bakıda əyani tanış olacağıq. Əsas məqsədimiz top buraxmamaq şərtilə qol vurmağa çalışmaqdır.

- Komandada yenisən. Yəqin ki, "Daçiya"da debüt etməyə hazırlaşırsan...

- Oynayıb-oynamayacağımı bilmirəm. Buna baş məşqçi qərar verir. Mənim işim özümü məşqlərdə göstərməkdir. Baş məşqçi isə kimi meydana buraxacağını müəyyənləşdirəcək.

- "Daçiya"nın yoluna davam etmə şansları necədir?

- Açığı, proqnoz verməyi sevmirəm. Bir şeyi deyə bilərəm: Çalışacaq və meydanda bütün gücümüzü qoyacağıq. İyulun 7-də cavab görüşümüz olacaq. İndidən danışmayaq. Qələbəyə oynamağa çalışacağıq.

Son xəbərlər

Orphus sistemi