"Səfərdə məhz bu cür oyun gözləyirdim. Bilirdim ki, həm hücum etmək, həm də müdafiə olunmaq lazımdır. Komandamızı tarixi uğur münasibətilə təbrik edirəm. Məşqdə etdiklərimizi meydanda göstərə bildik. Təhlükənin haradan gələcəyini və rəqibi haradan vuracağımızı bilirdik".
"Report"un məlumatına görə, bu fikirləri Serbiya "Çukariçki"sinin kapitanı Marko Dotsiç yerli mətbuata açıqlamasında "Sumqayıt"ı səfərdə 2:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
28 yaşlı yarımmüdafiəçi bildirib ki, görüşdə yaxaladıqları ilk fürsəti qola çevirə biliblər: "Belqradda isə bunu edə bilməmişdik. Tezliklə əla əks-hücumdan sonra penalti qazandıq. İki qoldan sonra müdafiəni gücləndirdik. Çünki rəqib təzyiqi artırmışdı. Buna baxmayaraq, daha 2-3 qol epizodumuz oldu".
Təcrübəli oyunçu hava şəraitinin onlara çətinlik yaratdığını söyləyib: "Çox yorulduq. Görünür, rəqib futbolçular bu iqlimə uyğunlaşıblar. Əsas olan nəticədir. Hər şey bizim üçün yaxşı alındı və III mərhələyə adladıq".