Corco Kyellini dizindən əməliyyat olunacaq

Corco Kyellini dizindən əməliyyat olunacaq Yuventusun (İtaliya, Turin) müdafiəçisi Corco Kyellini dizin ön çarpaz bağlarından zədə alıb.
Futbol
31 Avqust , 2019 06:42
Corco Kyellini dizindən əməliyyat olunacaq

"Yuventus"un (İtaliya, Turin) müdafiəçisi Corco Kyellini dizin ön çarpaz bağlarından zədə alıb.

“Report” xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Komandanın 35 yaşlı müdafiəçisi sağ dizində yaranmış problemi bugünkü məşq zamanı hiss edib. O, yaxın günlərdə əməliyyat olunacaq.

Kyellini "Yuventus"a 2005-ci ilin yayında "Fiorentina"dan keçib. Onun transferi "Qoca sinyora"ya 77 milyon avroya başa gəlib. Futbolçu Turin klubunun heyətində 507 matç keçirib və 36 qol vurub. Kyellininin komanda ilə müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulub. Müdafiəçi 14 il ərzində "Yuventus"da 16 mükafat qazanıb.

Orphus sistemi