Çin çempionu fəaliyyətini dayandırdı

Çin çempionu fəaliyyətini dayandırdı Çinin "Tszyansu" futbol klubu maliyyə problemləri üzündən fəaliyyətini dayandırıb
Futbol
1 Mart , 2021 10:05
Çin çempionu fəaliyyətini dayandırdı

Çinin "Tszyansu" futbol klubu maliyyə problemləri üzündən fəaliyyətini dayandırıb.

"Report"un məlumatına görə, bununla əlaqədar klub bəyanat yayıb.

"Bizə ən yaddaqalan qələbələr qazandırmış futbolçular və sadiq azarkeşlərlə vidalaşmaq istəməsək də, açıqlamağa məcburuq: Bu gündən "Tszyansu" öz komandalarının fəaliyyətinə son qoyur", - deyə rəsmi açıqlamada vurğulanıb.

Qeyd edək ki, klubun borcu 90 milyon dollardır. "Tszyansu"nun sahibi "Suning Commerce Group" ötən il Çin çempionatının qalibi olmuş klubu satmağa çalışıb. Şirkət İtaliya "İnter"inin də səhmlərinə nəzarət zərfinə sahibdir.

Son xəbərlər

Orphus sistemi