Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyə yığması ilə üz-üzə gələcək

Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyə yığması ilə üz-üzə gələcək Matçlar saat 17:30-da start götürəcə
Futbol
31 May , 2023 11:49
Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyə yığması ilə üz-üzə gələcək

İyunun 1-dən 20-dək Bakıda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının toplanışı olacaq.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma iyunun 1-də və 3-də Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında olacaq. Matçlar saat 17:30-da start götürəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qürbətov, Emil Həsənzadə, Kamran Qürbətov

Qeyd edək ki, 2-9 iyulda Bakıda dünya çempionatının Avropa zonası üzrə seçmə oyunları baş tutacaq.

Son xəbərlər

Orphus sistemi