Çili millisinin yeni baş məşqçisi açıqlandı

Çili millisinin yeni baş məşqçisi açıqlandı Futbol üzrə Çili millisinə yeni baş məşqçi təyin olunub
Futbol
11 Fevral , 2021 20:46
Çili millisinin yeni baş məşqçisi açıqlandı
Martin Lasarte

Futbol üzrə Çili millisinə yeni baş məşqçi təyin olunub.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma uruqvaylı mütəxəssis Martin Lasarteyə tapşırılıb.

60 yaşlı mütəxəssislə DÇ-2022-nin seçmə mərhələsinin sonunadək müqavilə imzalanıb. Milli komanda final mərhələsinə vəsiqə qazansa, baş məşqçi ilə sözləşmənin müddəti avtomatik olaraq uzadılacaq.

Qeyd edək ki, Martin Lasarte bu vəzifədə Reynaldo Ruedanı əvəzləyib.

Son xəbərlər

Orphus sistemi