Çexiyalı futbolçunun Bakıya gəlişi Emrelinin işinə yaradı

Çexiyalı futbolçunun Bakıya gəlişi Emrelinin işinə yaradı "Legiya" klubu Çempionlar Liqasında mübarizəyə ən yaxşı bombardiri olmadan başlayacaq.
Futbol
30 İyun , 2021 11:22
Çexiyalı futbolçunun Bakıya gəlişi Emrelinin işinə yaradı
Mahir Emreli

Polşanın "Legiya" klubu Çempionlar Liqasında mübarizəyə ən yaxşı bombardiri olmadan başlayacaq.

"Report"un "fakt.pl" nəşrinə istinadən məlumatına görə, ötən mövsüm 32 qola imza atmış Tomaş Pekqart Avropa çempionatında Çexiya yığmasının düşərgəsində olduğu üçün Norveçin “Bude Qlimt” komandası ilə ilk oyunu buraxacaq.

Çexiyalılar Bakıdakı oyunda Danimarkaya uduzsalar, 32 yaşlı forvard "Legiya"nın cavab qarşılaşmasında meydana çıxa bilər.

Təcrübəli oyunçunu Norveç təmsilçisi ilə qarşılaşmada Azərbaycan millisinin üzvü Mahir Emrelinin əvəzləyəcəyi gözlənilir. Baş məşqçi Çeslav Mixneviç taktika ilə bağlı qərar verməlidir. Burada isə əsas diqqqətlər məhz Emreliyə çevrilib.

Qeyd edək ki, “Bude Qlimt” - "Legiya" matçı iyulun 7-də olacaq, cavab qarşılaşması isə bir həftə sonra gerçəkləşəcək.

İyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi