Çexiya yığmasının futbolçusu: "Komandanız haqqında yalnız pozitiv məlumatlarımız var"

Çexiya yığmasının futbolçusu: "Komandanız haqqında yalnız pozitiv məlumatlarımız var" Marek Suxi: "Maksimum nəticə əldə etmək və özümüzü yaxşı tərəfdən göstərmək istəyirik"
Futbol
4 Oktyabr , 2017 18:48
Çexiya yığmasının futbolçusu: Komandanız haqqında yalnız pozitiv məlumatlarımız var
Report/Firi Salim

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Komandanız haqqında yalnız pozitiv məlumatlarımız var. Maksimum nəticə əldə etmək və özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Azərbaycan millisi rəğbət bəslədiyimiz bir komandadır".

“Report”un məlumatına görə, bunu Çexiya yığmasının futbolçusu Marek Suxi Azərbaycan millisinə qarşı keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup oyunundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

29 yaşlı yarımmüdafiəçi deyib ki, Çexiya ilə görüşün Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov üçün vida matçı olması onlar üçün əlavə bir stimuldur: "Rəşadı bu cür yüksək səviyyəyə çatdığı üçün təbrik edirik. Lakin bizim də öz planlarımız var. Dünya çempionatında iştirak etmək şansımızı itirsək də, millinin formasını geyinmək bizim üçün şərəfdir. Daha çox qazanmağa çalışacağıq. Qarşıda qoyulan məqsədə çatmasaq da, bütün matçlara maksimum güclə hazırlaşırıq. İnsan gərək aldığı zərbələrdən sonra ayağa qalxa bilsin. Azərbaycan millisi ilə Çexiyada 0:0 hesabı ilə başa çatan matçda daha yaxşı nəticə əldə etmək istərdik. Oyunda müxtəlif səhvlərə yol verdik. Bu dəfə isə qol vurub, xal qazanmaq istəyirik".

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

FOTO: Firi Salim

Son xəbərlər

Orphus sistemi