Çexiya milli komandasının baş məşqçisi istefa verib

Çexiya milli komandasının baş məşqçisi istefa verib Bakı. 11 sentyabr. REPORT.AZ/ Karel Yarolim futbol üzrə Çexiya milli komandasının baş məşqçi postundan istefa verib.
Futbol
11 Sentyabr , 2018 15:03
Çexiya milli komandasının baş məşqçisi istefa verib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Karel Yarolim futbol üzrə Çexiya milli komandasının baş məşqçi postundan istefa verib. 

"Report" Çexiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Onu əvəzləyəcək baş məşqçi yaxın günlərdə müəyyənləşəcək. 

Qeyd edək ki, Karel Yarolim 2016-cı ildən Çexiya yığmasına rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında Rusiyada keçirilən dünya çempionatına qatıla bilməyib. Çexiya son olaraq yoldaşlıq matçında Rusiyaya 1:5 hesabı ilə uduzub. Həmin matçı Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edib.

Son xəbərlər

Orphus sistemi