Cənubi Koreya KXDR ilə birgə olimpiada təşkil etmək üçün IOC-a təklif göndərdi

Cənubi Koreya KXDR ilə birgə olimpiada təşkil etmək üçün IOC-a təklif göndərdi Bu barədə hökumətin açıqlamasında bildirilib
Futbol
1 Aprel , 2021 15:50
Cənubi Koreya KXDR ilə birgə olimpiada təşkil etmək üçün IOC-a təklif göndərdi

Cənubi Koreya hökuməti 2032-ci il Yay Olimpiya Oyunlarının Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə birlikdə keçirilməsinə dair Beynəlxalq Olimpiya Komitəsinə (IOC) təklif göndərib.

"Report" "Yonhap" nəşrinə istinadən xəbər verir ki, bu barədə hökumətin açıqlamasında bildirilib.

Daha əvvəl IOC İcraiyyə Komitəsi Avstraliyanın Kvinslend ştatını 2032-c ildə keçiriləcək Yay Olimpiya Oyunlarına əsas namizəd kimi təsdiqləyib. Kvinslend ştatının inzibati mərkəzi Brisben şəhəridir.

Hökumətin açıqlamasında bildirilib ki, qərar onlar üçün gözlənilməz olub.

Məsələ ilə bağlı yekun qərar IOC-un 2021 və ya 2022-cü il Sessiyasında qəbul olunacaq.

Qeyd edək ki, Brisbenlə yanaşı, 2032-ci il Oyunlarını keçirmək istəyini Doha (Qətər), Budapeşt (Macarıstan), Reyn-Rur regionu (Almaniya), Çendu və Çuntsin (hər ikisi Çin) ifadə edib.

Son xəbərlər

Orphus sistemi