Cənubi Koreya çempionatı koronavirusa görə təxirə salındı

Futbol
  • 24 fevral, 2020
  • 08:35
Cənubi Koreya çempionatı koronavirusa görə təxirə salındı
google.az

Futbol üzrə Cənubi Koreya çempionatında ilk turun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

"Report" turnirin rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi koronavirus epidemiyası göstərilib.

Çempionat fevralın 29-na start götürməli idi.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 763 nəfərdir. 7 insan isə bu virusa görə dünyasını dəyişib. Bununla əlaqədar vətəndaşlara izdihamlı yerləri ziyarət etməmək və evdə qalmaq tövsiyə olunub. Həmçinin məktəblərdə tədris ilinin başlaması da təxirə salınıb. 

44 filmi