Milli komandanın sabiq futbolçusu qəzada öldü

Milli komandanın sabiq futbolçusu qəzada öldü Cənubi Afrikadan olan sabiq futbolçu Anele Nqtsonqtsa dünyasını dəyişib.
Futbol
23 Noyabr , 2020 13:49
Milli komandanın sabiq futbolçusu qəzada öldü
Anele Nqtsonqtsa

Cənubi Afrika Respublikası (CAR) millisinin sabiq futbolçusu Anele Nqtsonqtsa dünyasını dəyişib.

"Report" ENCA-ya istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin ölümünə avtomobil qəzası səbəb olub. Hadisə CAR-ın Kvazulu-Natal əyalətində baş verib.

Nqtsonqtsanın həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, Anele Nqtsonqtsa karyerası ərzində Belçikanın "Genk", "Ruselare" və Fransanın "Trua" komandalarının formasını geyinib. O, sentyabdan klubsuz idi. Futbolçu Cənubi Afrika Respublikası millisinin heyətində 52 matçda meydanda olub.

Son xəbərlər

Orphus sistemi