Bakı. 3 mart. REPORT.AZ/ İtaliya "Milan"ının baş məşqçisi Cennaro Qattuzo komandasının oyununu dəyərləndirib.
"Report"un məlumatına görə, sabiq yarımmüdafiəçi "rossonyerlər"in o qədər də parlaq olmayan qələbələrinə sakit yanaşdığını bildirib. O deyib: "Biz Bred Pitt deyilik. Mənim saqqalım kimi eybəcər qalmalıyıq".
Qeyd edək ki, "Milan" Cennaro Qattuzonun rəhbərliyi altında ardıcıl 13 oyunda uduzmayıb. "Qırmızı-qaralar" Avropa Liqasında 1/8 finala, İtaliya Kubokunda finala yüksəlib, İtaliya A Seriyasında isə Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdən 7 xal geri qalırlar.