Cənubi Koreya klubunun məşhur futbolçusu ilə bağlı araşdırmalara başlanılıb

Cənubi Koreya klubunun məşhur futbolçusu ilə bağlı araşdırmalara başlanılıb Cənubi Koreyanın “Seul” klubunda çıxış edən Cessi Linqardın lisenziyasız elektrikli skuter sürməsi ilə bağlı araşdırmalara başlanılıb.
Futbol
17 Sentyabr , 2024 15:57
Cənubi Koreya klubunun məşhur futbolçusu ilə bağlı araşdırmalara başlanılıb
Cessi Linqard

Cənubi Koreyanın “Seul” klubunda çıxış edən Cessi Linqardın lisenziyasız elektrikli skuter sürməsi ilə bağlı araşdırmalara başlanılıb.

"Report" "n.news.naver.com"a istinadən xəbər verir ki, hadisə bazar ertəsi, yerli vaxtla təxminən 22:00 radələrində yaşanıb.

31 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə elektrikli skuterlə getməsi barədə paylaşım etsə də, tezliklə onu silib. Cənubi Koreya polisi hazırda futbolçunun sərxoş, həmçinin beynəlxalq sürücülük vəsiqəsinin olub-olmadığını yoxlayır.

2021-ci ildən etibarən Cənubi Koreyada elektrikli skuterləri idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur.

Qeyd edək ki, "Mançester Yunayted"in sabiq futbolçusu 2023-cü ilin yayında Böyük Britaniyada sürət həddini aşdığına və sərxoş halda avtomobil idarə etdiyinə görə bir il yarım sürücülük hüququndan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi