Bakı. 24 dekabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşıları açıqlanıb. "Report"un "Sports.ru"-ya istinadən verdiyi məlumata görə, ən yaxşı komanda adına İspaniyanın "Real Madrid" klubu layiq görülüb.
Ən yaxşı futbolçu adını isə Ukrayna "Şaxtyor"unun (Donetsk) hücumçusu Luis Adriano qazanıb. Braziliyalı futbolçu qrup mərhələsində 9 dəfə fərqlənib ki,toplardan beşini BATE-nin (Belarus) qapısından keçirib. Bununla da Adriano İspaniyanın "Barselona" klubunda top qovan argentinalı futbolçu Lionel Messinin rekordunu təkrarlayıb.
Beləliklə, Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşıları:
Ən yaxşı futbolçu: Luis Adriano - "Şaxtyor" (Ukrayna)
Yeni istedad: Brel Embolo - "Bazel" (İsveçrə)
Ulduz veteran: Françesko Totti - "Roma" (İtaliya)
Ən yaxşı komanda: "Real Madrid" (İspaniya)
Ən yaxşı oyun: "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya) 3:2
Qayıdış: "Arsenal" (İngiltərə) - "Anderlext" (Belçika) 3:3. Bu görüşdə "topçular" qonaqların qapısından 3 top keçirsə də, Belçika təmsilçisi son 30 dəqiqədə hesaba tarazlıq gətirməyi bacarıb.