Çempionlar Liqasında qol sayına görə rekord qeydə alınıb
Futbol
- 12 dekabr, 2019
- 07:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord qeydə alınıb.
"Report"un məlumatına görə, 2019/2020 mövsümündə qrup mərhələsində 308 qol vurulub, bu isə turnirin rekordudur. Əvvəl ən yüksək göstərici 2017/2018 mövsümündə olub - 306 qol.
Qrup mərhələsində ən çox qolu Almaniya "Bavariya"sı vurub. Münhen təmsilçisi 24 qolla zirvədədir. Bombardirlik yarışına başçılıq edən komandanın polşalı hücumçusu Robert Levandovski 10 dəfə fərqlənə bilib. ÇL-də ən çox qol matçın 76 - 90-cı dəqiqələrdə qeydə alınıb - 62 qol.
Qeyd edək ki, ÇL-in tarixində ilk dəfə pley-offa "Top-5" liqalarında çıxış edən klublar vəsiqə qazanıblar. 1/8 final mərhələsinin püşkatması dekabrın 16-da olacaq.
Son xəbərlər
20:20
Foto
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib
Futbol
20:00
Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edib
Futbol
19:47
Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, iki nəfər yaralanıb
Digər ölkələr
19:33
Foto
Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
Fərdi
19:31
Bəqai: ABŞ birtərəfli tələblərindən əl çəkmir
Region
19:27
Foto
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
Fərdi
19:26
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
Fərdi
19:21
Qudərzi: ABŞ İranı nüvə potensialı və Hörmüz boğazından məhrum etmək istəyir
Region
19:00
Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar
Hadisə