Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək

Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.
Futbol
6 Noyabr , 2018 07:00
Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Almaniyada "Şalke" komandası ilə üz-üzə gələcək. İki həftə əvvəl bu komandalar arasında Türkiyədə baş tutmuş matç qolsuz bərabərliklə yekunlaşıb.

Günün mərkəzi qarşılaşması İtaliyada təşkil olunacaq. "İnter" İspaniya "Barselona"sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Kataloniya təmsilçisi III tur matçında rəqibini 2:0 hesabı ilə üstələyib. 

Günün digər maraqla gözlənilən görüşü isə İtaliyanın Neapol şəhərində olacaq. "Napoli" Fransa PSJ-sinin müqavimətini qırmağa çalışacaq. Komandalar arasında Fransada oynanılmış matçda qalib müəyyənləşməyib - 2:2.

6 noyabr

Çempionlar Liqası, IV tur

A Qrupu

21:55. "Monako" (Fransa) - "Brügge" (Belçika)

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Borussiya" - 9, "Atletiko" - 6, "Monako" - 1, "Brügge" - 1.

B Qrupu

00:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya)

00:00. "Tottenhem" (İngiltərə) - PSV (Eyndhoven, Hollandiya)

Xal durumu: "Barselona" - 9. "İnter" - 6. PSV - 1, "Tottenhem" - 1.

C qrupu

21:55. "Srvena Zvezda" (Serbiya) - "Liverpul" (İngiltərə)

00:00. "Napoli" (İtaliya) - PSJ (Fransa)

Xal durumu: "Liverpul" - 6, "Napoli" - 5, PSJ - 4, "Srvena Zvezda" - 1.

D qrupu

00:00. "Şalke" (Almaniya) - "Qalatasaray" (Türkiyə)

00:00. "Portu" (Portuqaliya) - "Lokomotiv" (Moskva, Rusiya)

Xal durumu: "Portu" - 7, "Şalke" - 5, "Qalatasaray" - 4, "Lokomotiv" - 0. 

Son xəbərlər

Orphus sistemi